Ermənistanda əsgər valideyinləri etiraz aksiyası keçirir

 Ermənistanda əsgər valideyinləri etiraz aksiyası keçirir
  13 Sentyabr 2022    Oxunub:905
Vətən müharibəsində ölən erməni əsgərlərin valideynləri Ermənistan parlamenti yaxınlığında etiraz aksiyası keçirir.
AzVision.az "Sputnik Ermənistan" a istinadən xəbər verir ki, onlar deputatlardan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dərhal reaksiya verməsini və baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanmasını tələb edirlər.

“5165” hərəkatının üzvü Karin Tonoyan jurnalistlərə bildirib ki, hakimiyyət vəziyyəti düzəldə bilməz:

"Bu o deməkdir ki, onlar başqalarına yol verməlidirlər. Biz torpaqlarımızı itiririk, uşaqlarımızı itiririk, xalqın oyanması üçün daha nə lazımdır?”, - Tonoyan bildirib.

“Hayastan” fraksiyasından olan deputat Qeqam Nazaryan jurnalistlərə müsahibəsində Ermənistanın indiki hakimiyyətinin getməli olduğunu deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti