Maksim Qalkin xarici agent elan edildi

   Maksim Qalkin xarici agent elan edildi
  16 Sentyabr 2022    Oxunub:930
Rusiya Ədliyyə Nazirliyi teleaparıcı və parodist Maksim Qalkin xarici agentlərin reyestrinə daxil edilib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, nazirliyin saytındakı fiziki şəxslərin-xarici agentlərin siyahısı cümə günü axşam saatlarında yenilənib.

Nazirliyin məlumatına görə, Qalkin Ukraynadan maliyyə alarkən siyasi fəaliyyətlə məşğuldur.

Qalkin hazırda xaricdə yaşayır. O, bu ilin martında Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatlara qarşı çıxışından az sonra İsrailə gedib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti