Müasir müharibənin “ideal qoşunu” – İNFOQRAFİKA

   Müasir müharibənin “ideal qoşunu” –    İNFOQRAFİKA
  18 Sentyabr 2022    Oxunub:2929
İtaliyanın hərb mütəxəssisləri müasir dövrün müharibə teatrında döyüşən ordu üçün ideal təchizatın necə olması haqda vizionlarını açıqlayıblar.
Bu ideal qoşunun kəşfiyyatı işini peyklər həyata keçirir, onlara “Bayraktar TB2” dəstək verir. Cəbhənin dərinliyində yerləşən düşmən texnikasına “Harop” süzən sursatları ilə zərbələr endirilir.

Hücum xəttinin önündə “Ariette” modernləşmiş tankları və onlarla sinxron işləmək üçün uyğunlaşdırılmış “Kentavr” (Centauro) döyüş maşınları gedir. Qeyd edək ki, “Ariette” AMV-lərin sınağına bu ilin yanvarında başlanılıb. “Kentavr"ların hazırlanmasında “Fiat” konserni Fransa şirkətlərilə də əməkdaşlıq edir.

“Freccia” (italyan dilində “ox” deməkdir) yeni nəsil PDM-ləri də İtaliya istehsalıdır. Onları “Iveco” və “Oto Melara” (zireh hissəsi) birlikdə hazırlayırlar.

Bu müharibə teatrında italiyalı ekspertlər Almaniya istehsalı olan “PzH 2000” (Panzerhaubitze 2000) özüyeriyən artilleriya qurğusunu da vacib hesab edirlər.

Hava hücumlarından qorunmaq işi SAMP/T HHM komplekslərinə həvalə olunub. Bu sistemlər raketlərə qarşı effektiv sayılırlar. Hazırda İtaliya və Fransa səmasının qorunmasında SAMP/T komplekslərindən istifadə olunur. Onlar NATO-nun raketdən mühafizə sisteminə inteqrasiya olunublar.

Bu “ideal komanda”nın digər üzvü ABŞ istehsalı olan M270 MLRS Reaktiv Yaylım Atəşi Sistemləridir. “Lockheed Martin” şirkətinin istehsalı olan bu qurğulardan taktiki və ballistik raketlər də buraxmaq olur.

Taryel Həsənov
AzVision.az



Teqlər: Silah   Müharibə  





Xəbər lenti