"Hadisələri ürəyinə salır, həyəcan keçirir" - Vaqif Bayatlının son durumu

   "Hadisələri ürəyinə salır, həyəcan keçirir" -    Vaqif Bayatlının son durumu
  19 Sentyabr 2022    Oxunub:1540
“Vaqif müəllim heç yerə çıxmır. Ev şəraitində müalicələrini davam etdirir. Hərdən səhhəti imkan verəndə yaradıclıqla məşğul olur. Səhhəti ilə bağlı vəziyyətin nə yerdə olduğunu biz Türkiyəyə gedib gəldikdən sonra biləcəyik”.
Bunu AzVision.az -a tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, Türkiyədə şairin həm başı, həm də ürəyi yoxlanılacaq.

“Həkimlər içdiyi dərmanlara baxmalıdırlar. Ümumilikdə vəziyyətində nə pisliyə, nə də yaxşılığa doğru dəyişiklik yoxdur.

Belə düşünürəm ki, bundan sonra Türkiyəyə gedə biləcəyik”.

T. Bayatlı bildirib ki, sərhəddə baş verən təxribatlar zamanı əsgərlərimizə görə narahat olub.

“Həssas təbiətinə xas olaraq, Vətən müharibəsində həyəcan keçirirdi. Ürəyinə salırdı.
Cəbrayıl azad olunanda o nə dərəcədə xoşbəxt idi. Vaqif həmişə deyir ki, mənim vətənim tək Qarabağ deyil, bütün türk dünyasıdır. Amma bununla belə Qarabağın azad olunması onun xoşbəxtliyinin zirvəsi idi. İndi təəssüf ki, bu günlərdə ermənilər sərhəddə təxribat keçirdi, şəhidlər verdik. Vaqif müəllim yenidən həyəcan keçirdi. Hadisələri izləyir, ürəyinə salır. Amma qürur hissi də var. Hər dəfə deyir ki, türk oğullarıdırlar.

O maksiumum hisslərlə yaşayır. Torpaqlarımızın qayıltmasına görə mən deyərdim ki, bəlkə də hamıdan çox xoşbəxtdir”.

Qeyd edək ki, şair uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti