Heyvan növlərinin 40%-i 2050-ci ilə qədər yox olacaq

   Heyvan növlərinin 40%-i 2050-ci ilə qədər yox olacaq
  19 Sentyabr 2022    Oxunub:1802
Alimlər hesab edir ki, 2050-ci ilə qədər Yer kürəsində heyvan növlərinin demək olar ki, 40%-i məhv olacaq.
Bu barədə “Live Science” portalı Yeni Zelandiyanın Otaqo Universitetinin Zoologiya kafedrasının baş müəllimi Nik Ravlensin sözlərinə istinadən xəbər verir. Onun sözlərinə görə, yeni şəraitə və yaşayış mühitinə uyğunlaşa bilməyən heyvan növləri məhv olacaq: “ Qidaların azalması da var. Onlar funksional olaraq yox olacaqlar. Mövcud böhran hələ pik həddə çatmamış ola bilər, amma şübhəsiz ki, bu istiqamətə gedir”.

Hazırda dünyada 41 000 növ heyvanın demək olar ki, üçdə biri - nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Onların arasında Sumatra oranqutanı (Pongo abelii), Uzaq Şərq bəbiri (Panthera pardus orientalis), Sumatran fili (Elephas maximus sumatranus), qara kərgədan (Diceros bicornis) və bir çox başqaları var.

Bu növlərin bir çoxu 2050-ci ilə qədər yaşaya bilməz. Məsələn, təbiətdə yalnız 70 Amur bəbiri qalıb.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti