17 yaşlı gənc minatəmizləyən robot hazırladı, 100 min qazandı

   17 yaşlı gənc minatəmizləyən robot hazırladı,    100 min qazandı
  21 Sentyabr 2022    Oxunub:1620
17 yaşlı ukraynalı tələbə İqor Klimenko nüfuzlu "Global Student Prize" mükafatına görə dünyanın ən yaxşı tələbəsi seçilib. O, minatəmizləmə robotları hazırladığı üçün 100 min dollar qazanıb.
AzVision.az xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları "Varkey" Fondu məlumat yayıb.

Klimenko son iki ildə beynəlxalq müsabiqələrdə təqdim etdiyi "Quadcopter Mines Detector" layihəsi üzərində işləyirmiş və həmçinin məlum cihazı üçün Ukraynadan iki patent də alıb.

Bildirilir ki, İqor insanların həyatını xilas edəcək robotları kütləvi istehsal etməyi planlaşdırır. Tələbə "Global Student Prize" mükafatını öz ixtiralarının inkişafına yönəltmək niyyətindədir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Robot  





Xəbər lenti