"İştaham yerindədir, əl çəksinlər məndən" - Əminə Yusifqızı

 "İştaham yerindədir, əl çəksinlər məndən" -  Əminə Yusifqızı
  21 Sentyabr 2022    Oxunub:2060
"Hər şey qaydasındadır. Sağlamlığımla bağlı problem yoxdur. İştaham da yerindədir".
AzVision.az xəbər verir ki, bunu Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızı səhhətinin pisləşməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

"Hamıdan əl çəkib indi də mənim üstümə düşüblər? Çatan zəng vurur ki, xəstələnmisniz. Yuxudan indi durmuşam, qəşəng yeməyimi yemişəm. Mən necə deyə bilərəm ki, iştaham yoxdur. Mən çox gec yatıb, gec də dururam. Bu nə şeydir yayırlar. Bir dəfə də zəng edib yaradıclığımla maraqlanın da. Danışmağa söz yoxdur?!".

Qeyd edək ki, mətbuatda Əminə Yusifqızının səhhətinin pisləşməsi və qida qəbul edə bilməməsi ilə bağlı xəbərlər yayılmışdı.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti