Azərbaycanın `Eurovision`dakı şansı: 5-ci yer

Azərbaycanın `Eurovision`dakı şansı: 5-ci yer
  04 May 2014    Oxunub:1153
“Eurovision-2014” mahnı müsabiqəsinin mətbuat mərkəzində ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı fanatlar və jurnalistlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən birinci yarımfinalın iştirakçıları arasında Azərbaycan təmsilçisi Dilarə Kazımova beşinci yerdə qərarlaşıb.
Birinci yarımfinalın iştirakçıları arasında Macarıstan təmsilçisi, 29 yaşlı gənc müğənni Andras Kallay Saunders 156 səslə ilk pillədədir.

Mətbuat mərkəzində fanklubun üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında ikinci yerdə 154 səslə İsveç, üçüncü yerdə isə 146 səslə Ukrayna təmsilçisi Mariya Yemeçukdur.

İkinci yarımfinalın iştirakçıları arasında isə hələlik Yunanıstan və İsrail təmsilçiləri 154 xalla birinci-ikinci yerləri bölüşürlər. Üçüncü yerdə isə 144 səslə Norveç təmsilçisi Karl Espendir.


Teqlər:  





Xəbər lenti