Rusiya Zaporojyeni raketlə vurdu: Ölən var

   Rusiya Zaporojyeni raketlə vurdu:    Ölən var
  22 Sentyabr 2022    Oxunub:593
Rusiya Zaparojyeyə raket zərbəsi endirib. Hücum nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının sədri Aleksandr Starux Telegram-da məlumat verib.

Daha sonra Ukrayna prezidentinin ofisi Rusiyanın Zaporojye və onun ətrafını 9 raketlə vurduğunu bildirib. Dağıntılar altında insanlar qalıb, xilasetmə əməliyyatı davam edir. Zaporojyenin cənubu hazırda işıqsız qalıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti