Kanada erməni təxribatı ilə bağlı azərbaycanlıların müraciətini araşdıracaq

   Kanada erməni təxribatı ilə bağlı azərbaycanlıların müraciətini araşdıracaq
  22 Sentyabr 2022    Oxunub:700
Kanadanın xarici işlər naziri Ermənistanın təxribatı ilə bağlı icmamızın müraciətini araşdıracaq.
Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

Baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.

“Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti