"Əvvəllər milliyə çağırmadığım üçün ondan üzr istədim" - De Byazi

"Əvvəllər milliyə çağırmadığım üçün ondan üzr istədim" -    De Byazi
  23 Sentyabr 2022    Oxunub:759
“Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək".
AzVision.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 5-ci turunda Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı" - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta onu bir daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır".

AzVision.az



Teqlər: Oyun   Milli  





Xəbər lenti