Rəqib qapıçı Ronaldonun burnunu əzdi - FOTOLAR

Rəqib qapıçı Ronaldonun burnunu əzdi -    FOTOLAR
  25 Sentyabr 2022    Oxunub:1154
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 5-ci turunda hazırda Çexiya ilə keçirilən oyunda ciddi zədə alıb.
AzVision.az xəbər verir ki, ilk hissədə hava mübarizəsi zamanı çexiyalı qapıçı Tomaş Vatslik topu uzaqlaşdırmaq istəyərkən yumuruqla Ronaldonun üzünə vurub. Nəticədə futbolçunun burnu əzilib. Həkimlər qanaxmanıı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.

Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan görüşdə Portuqaliya millisi 3:0 öndədir.












Teqlər:





Xəbər lenti