"Müharibədə çoxları mövqeyini qoyub qaçdı" - Erməni əsgər atası

   "Müharibədə çoxları mövqeyini qoyub qaçdı" -    Erməni əsgər atası
  27 Sentyabr 2022    Oxunub:1019
Bu gün İkinci Qarabağ müharibəsinin ildönümündə Ermənistan mediası məğlubiyyətlərinin acı nəticələrinə həsr olunmuş xeyli sayda xəbər və məqalələr dərc edir. Məsələn, döyüşlərdə məhv edilmiş erməni hərbçi Narek Gevorqyanın atası Roman Gevorqyanın jurnalistlərə verdiyi açıqlamada maraqlı fikirlər səsləndirilib.
Zabitin atası aşkar şəkildə etiraf edir ki, oğlu ona xeyli hərbçinin silahı atıb qaçdığını deyib.

Erməni valideynlər müharibənin ildönümündə aksiya keçirirlər
- Sonuncu dəfə onunla 2020-ci il oktyabrın 5-də danışdım. Mənə dedi ki, hər şey yaxşıdır, əhvalınızı korlamayın... O, öz komandasına fasilə verdi. Çoxları qaçdı, amma oğlum sona qədər mövqeyində qaldı, uşaqları tərk etmədi, - 1-ci dərəcəli “Döyüş Xaçı” almış Narek Gevorqyanın atası Roman Gevorqyan Yerablurda jurnalistlərə müsahibəsində deyib.

O, hərbi panteonu ziyarət edənlərlə bağlı siyasi qalmaqallara da reaksiya verib.

- Biz siyasətdən uzaq insanlarıq, partiyamız bizim uşaqlarımız, qəhrəmanlarımızdır... Kim Yerablura gəldi, yaxud da kimlər gəlmədisə bu onların onların problemidir. Əlbəttə hamı gəlməlidir, baş əyməlidirlər. Başqa nə etsinlər? - Gevorqyan ölkəsindəki siyasi xaosa da toxunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti