Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
  27 Sentyabr 2022    Oxunub:1835
Məşhur rusiyalı müğənni Boris Moiseyev vəfat edib.
AzVision.az xəbər verir ki, onun 68 yaşı var idi. Müğənninin ölüm səbəbi məlum deyil. Yerli media trombun ölümə səbəb olduğunu iddia edib.

Moiseyev bundan əvvəl iki dəfə insult keçiribmiş. O, ilk insultunu 12 il əvvəl keçirib. Daha sonra isə qolu və üst dodağı iflic olub.

2015-ci ildə ikinci dəfə insult keçirib. Ürək dayanması nəticəsində o, süni nəfəs aparatına qoşulub. Ancaq bu dəfə də səhnəyə qayıda bilib.

Son illər xarici görünüşündən utandığı üçün sənətçi ictimaiyyət qarşısına çıxmamağa çalışıb. Çox vaxt o yalnız dayəsi və direktoru ilə əlaqə saxlayırdı.

AzVision.az



Teqlər: Müğənni  





Xəbər lenti