Qədim canlının sifəti timsahı, boyun hissəsi isə ilanı xatırladır. Onun 2 cüt yan, bir quyruq üzgəci olub. Müasir növlərin qarışığını xatırlatdığı üçün yeni tapılan canlını “Serpentissuchops pfisterae” adı verilən ayrıca növə aid ediblər. Mənası “ilan-timsah başlı varlıq” deməkdir.
Dəniz dinozavrının uzunluğu 7 metrə çatıb. Konus formalı uzun dişləri olub. Suda boynunun ilan kimi qıvrılması sayəsində hərəkət edirmiş.
Tapılan sümük nümunələri mezozoy dövrünə aiddir. Onlar kifayət qədər yaxşı qalıblar.
Samir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


