Səs yazısı yayılan məktəb direktoruna şiddətli töhmət verilib

Səs yazısı yayılan məktəb direktoruna şiddətli töhmət verilib
  01 Oktyabr 2022    Oxunub:1022
Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundovaya şiddətli töhmət verilib.
Bu barədə AzVision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, direktorun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bildirilib ki, N.Axundova hazırda səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Onun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti