Boksçumuz erməniyə qalib gəldi

   Boksçumuz erməniyə qalib gəldi
  02 Oktyabr 2022    Oxunub:1148
Azərbaycanın daha bir yeniyetmə boksçusu İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində Ermənistan təmsilçisinə qalib gəlib.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, 54 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşurəliyev 1/4 final mərhələsində Artur Avetikyanı 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Boksçu yarımfinalda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Məhəmmədəli Qasımzadə də rinqdən qalib ayrılıb. 57 kq-da mübarizə aparan idmançı Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb. O, finala gedən yolda latviyalı Nikolayes Zamyatinslə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçuların sayı 5-ə çatıb. Yarımfinal görüşləri bu gün olacaq.

Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri oktyabrın 4-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti