“Ahıllar evi”nin sakinləri Musiqili Teatrın qonağı olublar

“Ahıllar evi”nin sakinləri Musiqili Teatrın qonağı olublar
  02 Oktyabr 2022    Oxunub:1977
1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Musiqili Teatrına dəvət olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Ər və arvad” tamaşasına baxıblar.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin əsrlərin sınağından çıxan ölməz əsəri, şərqin ilk operettası ahıllar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və yarandığı tarixdən indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən hər zaman sevilən bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır.

Həmin gün teatrın möhtəşəm səhnəsində 85-ci dəfə oynanılan bu tamaşada Əməkdar artistlər – Ələkbər Əliyev, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Elxan İsmayılov, Hüseyn Əlili, Fərid Rzayev, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov və başqaları ifa ediblər.
Tamaşanın sonunda ahıllara yaradıcı heyətlə səhnəarxası görüş üçün şərait yaradılıb.








AzVision.az


Teqlər:





Xəbər lenti