Liz Trass və onun kabinet üzvlərinin mobil nömrələri satışda

Liz Trass və onun kabinet üzvlərinin mobil nömrələri satışda
  03 Oktyabr 2022    Oxunub:1443
Britaniyanın baş naziri Liz Trass və onun kabinet üzvlərinin mobil telefon nömrələrini ABŞ-ın haker resursundan cəmi 6,5 funt sterlinqə (12,32 manat) almaq olar.
Məlumata görə, baş nazirin telefon nömrəsi ilə yanaşı, xəzinədar Kvazi Kvartenq, müdafiə naziri Ben Uolles, Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli, daxili işlər naziri Svella Braverman və s. rəsmilərin də şəxsi məlumatları satışa çıxarılıb.

Beləliklə, ümumilikdə 25 nəfərin məlumatları oğurlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti