Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı açıqlandı

 Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı açıqlandı
  03 Oktyabr 2022    Oxunub:1187
İsveç alimi Svante Pyebo 2022-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.
AzVision.az Nobel komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, alim bu mükafata insan təkamülünün genetik əsaslarını araşdırmasına görə layiq görülüb.

Qeyd edək ki, S.Pyebo 1955-ci il aprelin 20-də İsveçin paytaxtı Stokholm şəhərində anadan olub. O, bioloq, genetikanın təkamülü üzrə mütəxəssisdir və İsveç Kral Akademiyasının, ABŞ Milli Elmlər Akademiyasının əcnəbi, Fransa Akademiyasının, London Kral Cəmiyyətinin üzvüdür. Atası biokimyaçı Suna Berqstryom 1982-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti