“Olimpiakos” - “Qarabağ” matçı bir dəqiqəlik sükutla başlayacaq

“Olimpiakos” - “Qarabağ” matçı bir dəqiqəlik sükutla başlayacaq
  04 Oktyabr 2022    Oxunub:720
Yunanıstanda “Olimpiakos” və “Qarabağ” (Ağdam) komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. UEFA-nın qərarına əsasən, qarşılaşmada “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının XI tur matçında iğtişaşlardan sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti