Yunanıstanda azərbaycanlı azarkeşlərə hücum olub

Yunanıstanda azərbaycanlı azarkeşlərə hücum olub
  06 Oktyabr 2022    Oxunub:889
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi “Qarabağ”ın azarkeşləri xoşagəlməz halla üzləşib.
Ağdam klubunun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, matçın baş tutacağı stadiona yollanan 20-yə yaxın azərbaycanlı azarkeş “Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb.

Yalnız polisin müdaxiləsindən sonra onların təhlükəsizliyini təmin etmək mümkün olub. Təhlükəsizlik əməkdaşları bundan ötrü gözyaşardıcı qazdan da istifadə edib. Məsələyə “Qarabağ” rəhbərliyi də biganə qalmayıb. Ağdam təmsilçisinin müdaxiləsindən sonra “Qarabağ” azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti