"Qara Qarayevin siyahıda olmaması mənə ağır gəldi"

   "Qara Qarayevin siyahıda olmaması mənə ağır gəldi"
  07 Oktyabr 2022    Oxunub:940
Yığmamızın sabiq kapitanı, "Zirə"nin hazırkı baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın futbolçusu Qara Qarayevin sentyabrda UEFA Millətlər Liqasında keçirilən oyunlar üçün millimizə çağırılmaması haqda danışıb.
AzVision.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında "Qara Qarayev milliyə dəvət almayanda düşündünüz ki, özləri bilər, yoxsa təəccübləndiniz?" sualına cavab olaraq deyib:

"Qara elə futbolçudur ki, özləri bilər deyə bilməzsən. Onun "Nant"a qarşı möhtəşəm oyunu var idi. Qələbədə əsas pay sahibi idi. Qaranı siyahıda görməyəndə təəccübləndim. Əsas heyətdə olmaya bilər. Amma siyahıda olmaması mənə ağır gəldi. Son illərdə futbolumuzun qazandığı 4-5 oyunçu var ki, 11-12 il yüksək səviyyədə oynayıb, böyük nəticələr verir.

Futbolçu karyeramda bir dəfə mən də milliyə çağırılmamışam. Amma Qaradakı tam fərqlidir. O dönəmdə mən Qara qədər formada deyildim. Uğurlu karyeram yox idi. Qara "Qarabağ"ın aparıcı oyunçusudur. De Byazi təcrübəlidir, əminəm ki, konflikti çözəcək. Ona millinin və milli üzvlərinin ehtiyacı var".

AzVision.az



Teqlər:





Xəbər lenti