Yalnız Park Cinemada “Kim bu aile?” türk komediyası

Yalnız Park Cinemada “Kim bu aile?” türk komediyası
  07 Oktyabr 2022    Oxunub:1173
"Park Cinema" kinoteatrlar şəbəkəsində oktyabrın 6-dan etibarən "Kim bu aile? türk komediyasının nümayişi başlayıb.
"Kim bu aile?" Türkiyədə bu ilin maraqla gözlənən filmlərindəndir. Buna ən əsas səbəb isə baş rolda olan ulduzlar: Nurgül Yeşilçay və Cengiz Bozkurtdur. Bunlarla yanaşı filmdə Onur Buldu, Ferit Aktuğ, Beste Kökdemir, Doğan Can Sarıkaya da rol alanlardandılar. Filmin rejissoru ise "Yol Arkadaşım", "Küçük esnaf" və digər məhşur türk komediyaları üzərində işləyən - Bedran Güzeldir.

Filmdə işdən qovulan polis işçisindən bəhs edilir. Baş qəhrəmanımız - Adəm, işini geri qaytarmaq üçün onu tələyə salan, cinayət dəstəsini tutmağa çalışır. Bu yolda isə ona elə özünün yaratdığı ailəsi dəstək olur.

Hazırda Park Cinema kinoteatrlar şəbəkəsinin yaratdığı sərfəli fürsətlərdən yararlanaraq filmi izləyə bilərsiniz. Belə ki, hər gün saat 17:00-dək bütün biletlərin qiyməti 50% endirimlə təqdim olunur. Xüsusən ailələr üçün isə gün boyu 50% endirim aktivdir.

Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti