Paşinyanın davranışları diplomatik süqutunun ifadəsinin təsdiqidir - Praqa zəfərinin şərhi
“Təmkinli və diktəedici xarizmaya malik cənab İlham Əliyevin qarşısında əsəbi, çaşqın və gülünc doğuran hərəkətləri ilə diqqəti cəlb edən Ermənistanın baş nazirinin davranışları hərbi məğlubiyyətdən sonra, diplomatik süqutunun ifadəsinin təsdiqidir.
İlk baxışdan da görünür ki, Ermənistan məğlub ölkə kimi beynəlxalq birlikdən asılı vəziyyətdədir və siyasi reallığı diqtə edən Azərbaycanın hücum diplomatiyasının təsiri altında gerçəkliklə barışmaq məcburiyyətindədir. Bunu sülh danışıqlarının müzakirəsində aktiv iştirak edən vasitəçi tərəflərin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ətrafında boynu bükük və miskin görünüşü ilə diqqəti cəlb edən Paşinyanın sifət cizgilərindən də görmək mümkündür.
Mənzərə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri növbəti dəfə böyük səmərə verdi və nəticədə Ermənistan rəhbərliyinin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğradı.
Praqa görüşündə müzakirələrin və danışıqların ümumi fonunda Ermənistan Azərbaycan tərəfindən geridönməz olan 5 ana şərti qəbul etməklə diplomatik uğur qazanacağına dair ümidlərindən əl çəkdi.
İrəvan Azərbaycanın irəli sürdüyü sülh paketinin detallarını qəbul etməyə məcbur oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən dördtərəfli görüşdə qəbul olunan Bəyanat də təsdiqləyir ki, bu sənədAzərbaycan üçün qanedici olan Sülh mətninə əsaslanır.
Bəyanatda əsas mesaj sözsüz ki, Azərbaycanın qətiyyətlə üzərində dayandığı ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərini əks etdirir. Ermənistan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata sazişini birmənalı olaraq qəbul edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığına dair öhdəlik götürdü. Bu isə sülh gündəliyində əsas fundamental detal olunan sərhədlərin delimitasiyasının yekunlanlşaması üçün əsaslardan biridir.
Beləliklə, Praqa Bəyannaməsini sülh müqaviləsi üçün baza sənədi də adlandırmaq olar.
Praqa Bəyanatında ən vacib məqamlardan biri sərhəd xətlərinin hüdudlarının müəyyən edilməsi ilə bağlıdır. Razılaşmaya görə, Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərəcək.
İrəvan ümid edir ki, sərhəd delimitasiya zamanı keçmiş SSRİ xəritələrinə istinad olunmayacaq və bununla son sərhəd insidenti zamanı Azərbaycan Ordusunun nəzarəti bərpa etdiyi mövqelərin bir hissəsi onalra qalacaq. Əsla belə bir şey yoxdur və sərhəd hüdudları məhz Azərbaycanın dayandığı cizgilər üzərində qurulacaq. Bunu tarixi-coğrafi xəritələr deyir. Bunu Ermənistanın sığındığı Qərb və Fransa da yaxşı anlayır.
Cənab İlham Əliyevin əzmkarlığı ilə bütün dünya sərhədlərin delimitasiyasının SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipini qəbul etməkdədir.
Yekunda bir siyasi gerçəkliyi də xüsusi vurğulamaq lazımdır. Avropa siyasi Birliyinin Praqa Zirvəsində dövlət başçılarının çəkdirdiyi fotoda Azərbaycan və Türkiyə Liderlərinin qətiyyətli duruşu da dünyaya bir mesajdır. Liderlərin ailə fotosunun mərkəzində Azərbaycan və Türkiyə liderlərii yer alır. Yəni Avropanın yeni siyasi xəritəsində Bakı və Ankara geosiyasi proseslərdə daha fəal və əhəmiyyətli oyunçulardır”.
AzVision.az
Teqlər: