AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

   AVRO-2024:    Azərbaycan millisinin rəqibləri bəlli olub
  09 Oktyabr 2022    Oxunub:3360
Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb .
AzVision.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Qrupların tərkibi belədir:

A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr

B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq

C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta

D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya

E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova

F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya

G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva

H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, Şimali İrlandiya, San Marino,

İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra

J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn

Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti