İkinci Günəş tutulması baş verəcək

   İkinci Günəş tutulması baş verəcək
  10 Oktyabr 2022    Oxunub:1202
Oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.
Bu barədə AzVision.az -a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti