Elmar Vəliyev 91 mini ağac əkdirdi - FOTOLAR

Elmar Vəliyev 91 mini ağac əkdirdi - FOTOLAR
  06 May 2014    Oxunub:1415
Gəncədə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub.
AzVision.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində Ümummilli Liderin adını daşıyan park- kompleksdə 91 mininci ağacı əkib.

Ağacəkmə aksiyası şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl, Şəmkir yolu, Yevlax istiqamətlərində girişlərində 91 min şam və çinar ağacları əkilib. Həmin ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, idarə, müəssisə, ictimai birliklər və gənclər təşkilatları yaxından iştirak ediblər.

Ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular qurlaşdırılıb.




















Teqlər:  





Xəbər lenti