AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlandı

   AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlandı
  13 Oktyabr 2022    Oxunub:1118
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Bu barədə AzVision.az AYB-nin saytına istinadən xəbər verir. Qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti