"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi -  YENİLƏNİB
  13 Oktyabr 2022    Oxunub:1787
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başa çatıb.
AzVision.az xəbər verir ki, ikinci hissə də heç-heçə olub. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, görüş qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

***
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.
AzVision.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***
Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 6 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan "Olimpiakos" sıfır xalla sonuncu pillədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti