Regionlardakı musiqi məktəblərində korrupsiya aşkarlanıb

   Regionlardakı musiqi məktəblərində korrupsiya aşkarlanıb
  14 Oktyabr 2022    Oxunub:1306
Bir ildən çoxdur ki, regionlardakı mədəniyyət müəssisələrində yoxlamalar həyata keçirilir. Regionlardakı musiqi məktəblərində korrupsiya pozuntuları aşkarlanıb.
Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, yoxlamalarda çox ciddi pozuntular aşkarlanıb:

“Ən çox pozuntular uşaq musiqi məktəblərindədir. Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları da var. Həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, "ölü canlar" və digər bu kimi pozuntu halları aşkarlanıb. Bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə mənfi təsir göstərir”.

AzVision.az



Teqlər:





Xəbər lenti