İngiltərə tibbinə səs salan azərbaycanlı

İngiltərə tibbinə səs salan azərbaycanlı
  14 Oktyabr 2022    Oxunub:1829
Bir zamanlar xaricdə uğur qazanan soydaşlarımız barmaqla sayılacaq qədər idi. Bu gün dünyada yaşayan hər bir soydaşımızın uğuru, nailiyyəti biz də qürur hissi yaşatmaya bilməz. Artıq soydaşlarımızın səsi-sorağı dünyanın nüfuzlu elmi, akademik, siyasi-ictimai və mədəniyyət ünvanlarından gəlir.
Düşünürəm ki, onların uğuru soydaşlarımız arasında milli-həmrəyliyə və birliyə böyük təsir göstərir. Çünki sosial şəbəkələrin mövcud olduğu bir vaxtda soydaşlarımızın uğurları böyük geniş sürətlə yayımlanır. Belə soydaşlarımızdan biri də İlhamə Cəfərlidir. O, İngiltərədə tanınmış uşaq cərrahıdır. Hazırda Londonda Guys və St Thomas Evelina Uşaq Xəstəxanasında çalışır.

İlhamə Cəfərli kimdir?

İlhamə Cəfərli Azərbaycan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib. 2010-ci ildə Böyük Britaniya Cərrahlarının Kraliyyət Kollecini bitirib (Ümumi Cərrah Dərəcəsi ilə təltif olunub). O, beynəlxalq tibb mərkəzləri ilə əməkdaşlıq edir. 2012-ci ildən Amerika Cərrahları Kollecinin üzvüdür. Beynəlxalq uşaq cərrahı sertifikatı var. İlhamə Cəfərli həmçinin 2017-ci ildən Uşaq Cərrahlarının Avropa Şurasının əməkdaşı və üzvüdür.
Həmterlimiz akademik istiqamətdə fəaliyyətini davam etdirir.
2022-ci ildən İngiltərə Cərrah Qadınlar Cəmiyyətinin qadın cərrah mentoru olan soydaşımız, 2021-ci ildən etibarən Androgenə həssassızlıq sindromunda X- genlərinin rolu və bu uşaqların rekonstruktiv əməliyyatla bərpası beynəlxalq PhD ürəzində işləyir.

Bundan başqa İlhamə xanımın uğurları barədə danışarkən 2020-ci ildən bugünədək “Biomedica A Peer Review” dərgisinin və 2021 –ci ildən Pediatrik Praktika və Tədqiqat jurnalının beynəlxalq redaktoru, 2021-ci ildən CIPT nəşrlərinin redaksiya üzvü, 2020–ci ildən bugünədək Neonatologiya jurnalı redaktəçi konsultantı, 2020 -ci ildən Junior Medical Research jurnalı (JMR) beynəlxalq redaktoru olmasını qeyd etmək olar. Bundan başqa, o, 2020-ci ildən bugünədək Pakistan Universiteti Tədqiqat Şurasının üzvüdür. İlhamə xanım 2016-2018-ci illərdə “Contemporary Medicine” dərgisində məsləhət şurasının üzvü olub. O, müxtəlif kitablar yazaraq tibb sahəsinə öz töhfələrini verib.
Buna misal olaraq "Wilm's Tümörü Yogesh Kumar Sarin", Cərrahiyyədə IMM-Q BANK Dr. Shahan Saleem, Xalq təbabəti (Etnobotanika). S.İbadullayeva, İ. Cəfərli, M. Zaefizade, S. Namin, Efir yağları və aromaterapiya. Prof. S.C.İbadullayeva, İ.Ə.Cəfərli, göstərmək olar.

İlhamə Cəfərli 25-dən çox elmi məqalənin müəllifidir. Həmçinin, 12 akademik təltifə layiq görülüb.
İlhamə xanımın daha böyük uğurları qarşıdadır. Çünki dayanmadan öz üzərində çalışır və yeni elmi tibbi nailiyyətlərin sirrinə yiyələnmək üçün səbrlə can atır.
Qeyd edim ki, İlhamə Cəfərlinin babası Cabbar Cəfərov Azərbaycanın ən tanınmış cərrahlarından olub. İlhamə xanımın anası ölkənin tanınmış elm adamlarındadır. O, Biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayevanın qızıdır.

Elnur Eltürk, diaspor üzrə araşdırmaçı
AzVision.az



Teqlər: Tibb   Azərbaycanlı   İngiltərə   Elm   Məqalə  





Xəbər lenti