“Şimal axını” borularında 8 metrlik dəlik aşkar edilib
Bildirilib ki, Almaniya, İsveç və Danimarka ilkin məlumatların əksinə olaraq, baş verənlərlə bağlı birgə araşdırma aparmayacaq. Hər bir ölkə insidentlə bağlı öz müstəqil istintaq aparacaq.
Qeyd edək ki, bundan əvvəl alman polisi qaz kəmərinin partladığı ehtimal edilən yerə dalğıclar göndərməyi planlaşdırıb. Lakin sonradan məlum olub ki, onların 70 metr dərinlikdə işləmək üçün lazımi avadanlıqları yoxdur.//Oxu.az
Teqlər: