İnsan öləndən sonra da səsləri eşidir – ELM

   İnsan öləndən sonra da səsləri eşidir –    ELM
  15 Oktyabr 2022    Oxunub:4952
Beynəlxalq tədqiqatçılardan ibarət komanda insanın ölərkən altı duyğu hissindən hansını ən sonda itirdiyini müəyyənləşdirib. Alimlər belə nəticəyə gəliblər ki, insan öləndə eşitmə qabiliyyəti funksiyasını hələ bir müddət saxlayır. Başqa sözlə, bədən öləndən (ürək dayanandan) sonra da beyin insanın eşitdiyi səsləri hələ bir müddət qeydə almaqda davam edir.
AzVision.az Britaniyanın “Mirror” qəzetinə istinadla məlumat verir ki, tədqiqatçılar 17 sağlam insanın, hospisdə yatan 8 ümidsiz xəstənin və ölüm ayağında olan 5 pasiyentin üzərində tədqiqat aparıblar. Onların hər birinə iki cür mahnı dinlədilib. Musiqlərin birində ancaq 5 təkrarlanan not olduğu halda, o birində tonallıq daim dəyişirdi.

Mütəxəssislərin müşahidələri göstərib ki, ölən insanların beyninin eşitmə zonasının aktivliyinin patterni sağ insanlarla eynidir, başqa sözlə, onların beyni hələ də eşitməkdə davam edir.

“Amma onlar nə eşitdiklərini anlayırlarmı? Eşitdikləri sözlər onlara təsəlli verirmi? Bax, burasını bilmirik”,- deyə araşdırmanın iştirakçılarından biri, tibb elmləri doktoru Zakari Palas bildirib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Beyin  





Xəbər lenti