Rusiyada müəllimlərə “WhatsApp”dan istifadə qadağan edilib

Rusiyada müəllimlərə “WhatsApp”dan istifadə qadağan edilib
  17 Oktyabr 2022    Oxunub:1431
Rusiya Təhsil Nazirliyi müəllim və valideynlərə “WhatsApp” və digər xarici messencerlərdən tədris prosesində istifadə etməyi qadağan edib, proqram əvəzinə “VK Messenger”dən istifadə etmək təklif olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Xabarovsk diyarı və Kursk vilayətinin hakimiyyət orqanları nəşrə bildiriblər ki, regionlar Təhsil Nazirliyindən məktəblərdə tədris prosesində xarici messencerlərdən istifadəni məhdudlaşdırmaq göstərişi alıblar.

Bildirilib ki, avqustun 26-da nazirlik bölgələrə VK Messenger və Sferum təlim platformasından (VK və Rostelecom arasında birgə müəssisə tərəfindən hazırlanmış) istifadənin “təsdiqlənməsinin” zəruriliyindən bəhs edən məktub göndərib. Təhsil Nazirliyi isə xarici messencerlərdən imtina ilə bağlı tövsiyələrin yayılmasını təsdiqləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti