Suqovuşanda idman yarışı keçiriləcək - Video

Reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü Suqovuşanda baş tutacaq.
Komandalar oktyabrın 21-i Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcək. Qeyd edək ki, bu AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.
22-23 oktyabrda isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaq.
AzVision.az
Teqlər: