"17 gündür ki, ancaq su içir, danışmır" - Dədə Süleymanın son vəziyyəti

   "17 gündür ki, ancaq su içir, danışmır" -    Dədə Süleymanın son vəziyyəti
  18 Oktyabr 2022    Oxunub:1843
“Atam 17 gündür ki, yemək yemir, ancaq su içir. Vəziyyəti çox pisdir”
Bunu AzVision.az -a açıqlamasında Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev deyib. O bildirib ki, atasının vəziyyəti hər gün pisləşir.

“Bir ay olar ki, yataqdadır. O, şəkər xəstəliyindən əziyyət çəkir. Ürəyinin 30 faizi işləyir. Böyrəyinin biri isə ümumiyyətlə fəaliyyət göstərmir. Ayağının baş barmağını amputasiya etmişdilər. Sonradan digər barmaqları da amputasiya olundu. 17 gündür ki, ancaq su içir. Yemək yemir.

Son 2-3 gündür danışmır”,-deyə C. Abdullayev bildirib. Onun sözlərinə görə, 84 yaşlı sənətkarın huşu yerindədir.

Sənətkara baş çəkən xalq artisti Mənsum İbrahimov isə Dədə Süleymanı xəstə yatağında görməyin çox çətin olduğunu deyib.

“Ömrünü muğama həsr etmiş insandır. Onu belə görmək istəməzdim. Sənət dostlarımla onu yoluxduq. Bizi tanıdı, təşəkkür etdi. Adam sənətkarı səhnədə görmək istəyir. Gəncliyimizdə onun ifaları ilə muğamı sevmişik”,- M. İbrahimov bildirib.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti