Qaxda Yunus Əmrəyə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Qax rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək konfransda “Yunus Əmrə dövrünün ictimai-siyasi həyatı”, “Mövlanə və Yunus Əmrə yaradıcılığı müqayisələr müstəvisində”, “Yunus Əmrə yaradıcılığının türk ədəbiyyatına təsiri”, “Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi” və “Şimal-Qərb regionunda tarixi abidələrin Azərbaycan mədəni irsində yeri” mövzularında məruzələr təqdim olunacaq.
Alimlər və ziyalılardan ibarət heyət TAİB-in təşkilatçılığı ilə oktyabrın 20-i səhər saatlarına Qaxa yola düşəcəklər. Səfər oktyabrın 21-də başa çatacaq.
AzVision.az