Nazirlikdən təhsil haqlarının birdəfəyə ödənilməsi ilə bağlı AÇIQLAMA

   Nazirlikdən təhsil haqlarının birdəfəyə ödənilməsi ilə bağlı    AÇIQLAMA
  19 Oktyabr 2022    Oxunub:1203
“Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma Ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin”.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Y.Piriyev qeyd edib ki, bildirib ki, bu, universitetlərin rəhbərliyindən asılı olan məsələdir.

Qeyd edək ki, iclasda deputat Kamilə Əliyeva ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problemi qaldırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti