"Universitet rəhbərlərinin standartlardan xəbərləri yoxdur" - Komitə sədri

   "Universitet rəhbərlərinin standartlardan xəbərləri yoxdur" -    Komitə sədri
  19 Oktyabr 2022    Oxunub:1295
“Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşəndən sonra belə qənaətə gəldim ki, onlar qəti şəkildə milli təhsil standartları ilə işləmirlər. Bu azmış kimi, heç məlumatları da yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Bu məsələdə universitetlər işləməli və öz təkliflərini verməlidir. Dövlət standartları müəyyənləşdirir, bunun əsasında da təhsil proqramları hazırlanmalıdır. Bu gün hələ də əmək bazarının tələblərinə cavab verən peşə standartları hazırlanmayıb. Bu standartlar olmayandan sonra ali təhsil müəssisələrində proqramı necə tərtib edilsin? Bu məsələni nazirliklə də müzakirə etmişik. Bu gün deyə bilmərəm ki, tələb olunan peşə standartları hazırdır. Ancaq bəziləri hazırlanır. Texnologiyanın inkişaf etdiyi dövrdə hər gün yeni peşələr yaranır. Ölkəmizdə elə sahə yoxdur ki, orada peşə assosiasiyası peşə standartlarının hazırlanmasını öz üzərinə götürsün. Dünya praktikasında belə hal olsa da, lakin Azərbaycanda yoxdur. Əmək bazarının iştirakçıları kimdirsə, elə onlar da peşə standartlarının sifarişçisi olmalıdır. Çünki əmək bazarının tələblərini onlar daha yaxşı bilirlər. Bu gün əmək yarmarkasından başqa nəsə yoxdur”, - deyə Bəxtiyar Əliyev vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti