Məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək

Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir.
Sənədlər bu gündən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.
Sənədlərlə bağlı rəy və təkliflərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd edək ki, 2021-2022-ci tədris ili ərzində 100-dən çox ümumi təhsil müəssisəsində aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli və ya təkrar hazırlanmalı olduğunu bir daha göstərdi. O cümlədən, şagird davranışının və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yaratdı.
AzVision.az
Teqlər: