Bioloqlar laboratoriyada insan saçlarını böyüdüblər

Bioloqlar laboratoriyada insan saçlarını böyüdüblər
  22 Oktyabr 2022    Oxunub:1049
Yokohama Universitetinin alimləri laboratoriyada saç follikullarının böyüməsi üçün yeni strategiya hazırlayıblar. Bu inkişaf keçəlliyin müalicəsinə və öyrənilməsinə kömək edəcək.
AzVision.az xəbər verir ki, araşdırma “Science Advances” jurnalında dərc olunub. Tədqiqat qrupu saç follikulunun orqanoidlərini - onların mini versiyalarını hazırlayıb. Əvvəllər bu yanaşma insanın digər orqanlarını, o cümlədən beyni öyrənmək üçün istifadə olunurdu. Müəlliflər orqanoidləri yaratmaq üçün embrion hüceyrələrdən və hüceyrə iskelesindən istifadə ediblər.

Elm adamları tərəfindən hazırlanmış orqanoid sistemi demək olar ki, mütləq effektivliklə saç follikulları və saç milləri istehsal edib. Follikül və saçın özü böyüdükcə elm adamları bu proseslərdə iştirak edən siqnal yollarını öyrənə biliblər.

Tədqiqatçılar, həmçinin saçda piqment istehsalına cavabdeh olan hüceyrələr olan melanositləri stimullaşdıran dərman əlavə ediblər. Bundan əlavə, saç follikulunun orqanoidlərini köçürməklə, təkrarlanan saç böyüməsi dövrləri ilə saç follikullarının səmərəli regenerasiyasına nail olublar.


AzVision.az



Teqlər:





Xəbər lenti