Sərkisyan Salehiylə görüşdü

Sərkisyan Salehiylə görüşdü
  09 Aprel 2013    Oxunub:1178
İran xarici işlər naziri Əli Əkbər Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Sərkisyanın inaqurasiya mərasimində iştirak etmək üçün Ermənistana səfər edib.
AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu gün İran rəsmisi prezident Serj Sərkisyanla təkbətək görüş keçirib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən Sərkisyan görüş zamanı ölkəsinin İranla dostluq və qardaşlıq faktoruna böyük önəm verdiyini, ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Salehi isə Ermənistan liderinə xalqı və şəxsən prezident Mahmud Əhmədinejat adından ən xoş arzu və istəklərini çatdırıb.


Teqlər:  





Xəbər lenti