Azarkeşlər futbol hakimlərinə şüşələr atıblar

   Azarkeşlər futbol hakimlərinə şüşələr atıblar
  24 Oktyabr 2022    Oxunub:1195
Qazaxıstanın Uralsk şəhərində azarkeşlər “Akjayık” – “Kızıl Jar” futbol matçının hakimlərinə şüşələr atıblar.
Yüksək liqa komandalarının ölkə çempionatı çərçivəsindəki görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçı Bağdat Abdullayev idarə edib. Onun hərəkəti azarkeşləri və görüş iştirakçılarını qəzəbləndirib.

Qarşılaşma başa çatdıqdan sonra meydanda futbolçular arasında əlbəyaxa dava düşüb. Onları polislər ayırıb. Hakimlər tribunaların altındakı otağa gedəndə azarkeşlər referilər briqadasına şüşələr atmağa başlayıblar.

Qeyd edək ki, hazırda “Akjayık” çempionatda sonuncu yerdədir.



AzVision.az



Teqlər:





Xəbər lenti