30 demokrat Baydeni Putinlə danışıqlar aparmağa çağırdı
AzVision.az bu barədə "The Washington Post"a istinadən xəbər verir. Qəzetin yazdığına görə, bazar ertəsi bir qrup konqresmen tərəfindən Ağ Evə göndərilən məktub Baydenə bu mövzuda təzyiq göstərə bilər.
Demokratlar xüsusilə ABŞ-ın minlərlə insanın ölümünə və 13 milyon insanın didərgin düşməsinə səbəb olan uzun sürən müharibəyə son qoymaq üçün Rusiya ilə müntəzəm dialoq aparmamasından narahatdırlar.
Liberal demokratlar müharibənin fəlakətli təsirlərinin getdikcə daha çox Ukraynadan kənarda, o cümlədən ABŞ-da ərzaq və qaz qiymətlərinin artması, buğda, gübrə və yanacağın qiymətlərindəki sıçrayışlar şəklində hiss olunduğunu qeyd edirlər. Onlar Moskvadan gələn nüvə zərbəsi təhlükəsini də toxunublar.
Tural Tağıyev
AzVision.az
Teqlər: ABŞ Konqresmen Rusiya Ukrayna