Superkompüterdən dünya çempionatının finalı ilə bağlı proqnoz

   Superkompüterdən dünya çempionatının finalı ilə bağlı proqnoz
  28 Oktyabr 2022    Oxunub:1159
Superkompüter tezliklə Qətərdə başlayacaq futbol üzrə dünya çempionatında hansı ölkənin milli komandasının qalib olacağlı ilə bağlı proqnozunu açıqlayıb.
“EA Sport FIFA”nın oyunçu statistikasına, eləcə də 2006-2018-ci illərdə keçirilən dünya çempionatlarının oyunlarının nümunəsinə əsaslanaraq kompüter Argentina millisinin qalib olacağını müəyyən edib. Hesablamaya görə, Argentina millisi yarımfinalda ingilislərə, finalda isə Portuqaliya komandası üzərində penaltilər seriyasında qalib gəlməlidir.

Dünya çempionatı Qətərdə 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda baş tutacaq. Final qarşılaşma Milli Stadionda oynalınacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti