"Polat Alemdar"ın səhhəti pisləşdi

   "Polat Alemdar"ın səhhəti pisləşdi
  28 Oktyabr 2022    Oxunub:2615
“Kurtlar Vadisi” serialı ilə tanınan məşhur aktyor Necati Şaşmazın səhhətində problem yaranıb. O, vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya aparılıb.
Aktyor koronar angioqrafiya (anju) əməliyyatı keçirib və reanimasiyaya yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti