Növbəti qara dəlik çılğınlığı: Alimlər təəccüb içində

      Növbəti qara dəlik çılğınlığı:    Alimlər təəccüb içində
  28 Oktyabr 2022    Oxunub:1870
Təxminən 665 milyon işıq ili uzaqdakı bir qara dəlik elm dünyasında
misli görülməmiş davranış sərgiləyib. Bildiyimiz kimi, kainatımıza dair ən müəmmalı sirrlərdən biri məhz qara dəliklərdir.
Kosmosa göndərilən Ceyms Vebb teleskopu vasitəsilə olduqca önəmli məlumatlar əldə etsək də, qara dəliklər haqqında biliklərimiz çox azdır. Bu günə qədər qara dəliklərin olduqca yüksək cazibə qüvvəsinə malik olduqları, işığın belə onun cazibəsindən “qaça
bilmədiyi" müşahidə olunub.

Hətta nəhəng ulduzların saniyələr içində qara dəliklər tərəfindən “udulması" görüntülənmişdir. Lakin dünyadan təxminən 665 milyon işıq ili uzaqda yerləşən AT2019dsg adlı
qara dəliyi müşahidə edən alimlər heyrətə düşüblər. Belə ki, indiyə qədər heç vaxt müşahidə etmədikləri bir hadisənin şahidi olublar.

Bu sirrli qara dəlik 4 il öncə “udduğu “ ulduzun parçalarını geri püskürdüb.Tədqiqata başçılıq edən Yvette Cendes bildirib ki, belə hadisə indiyə kimi görülməyib. Baş verən hadisəyə izah vermək indi mümkün deyil.

Yaxın gələcəkdə də mümkün olmayacaq. Görünüşə görə bu hadisə uzun
müddət kosmik fenomen olmağa davam edəcək .

Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti