"Yerli kirukulumlarla bağlı islahatlar aparılmalıdır" - Nazir

   "Yerli kirukulumlarla bağlı islahatlar aparılmalıdır" -    Nazir
  31 Oktyabr 2022    Oxunub:1490
"Elm millət və irq tanımır. Elm və Təhsil Nazirliyi olaraq aspirantura və fəlsəfə doktoru proqramlarını icra edirik, ABŞ universitetlərinin bir neçəsi, eyni zamanda Türkiyə və Koreya respublikalarında fəaliyyət göstərən universitetlərlə əməkdaşlığı davam etdiririk. Biz bu səpkidə səyləri davam etdiririk".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan universitetlərində keyfiyyətli təhsil komponenti, kontingenti və tədrisi təşkil edilir:

"Tərəfdaşlıq vasitəsilə yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq.
Biz elmlə bağlı savavadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq. Bizim şagirdlərimiz elmi savadlılığa malik olmalıdır və bu səpkidə dəyişiklər baş verməlidir. Yerli kirukulumlarla bağlı islahatlar aparılmalıdır. Bu vasitəsilə araşdırma kampaniyasını icra etməliyik".

E.Əmrullayev qeyd edib ki, ənənəvi tədqiqat institutları, milli akademiya sistemində fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqə qura bilməsi müzakirə edilir:

"Qara qızılın insan kapitalına çevrilməsi devizi ilə gənclər üçün fürsətlər yaradılıb. Belə ki, xaricdə təhsil proqramı ilə 3 mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb və öz ölkəsinə töhfə verir. Şadam ki, mən də bu proqramın məzunuyam və Azərbaycana qayıdaraq öz ölkəmə töhvə verirəm".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti