Təhlükə böyüyür: Viruslar insanın immun sisteminə qarşı birləşdi

      Təhlükə böyüyür:    Viruslar insanın immun sisteminə qarşı birləşdi
  31 Oktyabr 2022    Oxunub:2336
Qlazqo Universitetinin virusoloqları ilk dəfə olaraq iki tənəffüs patogeninin insan immun sistemini yan keçmək və ağciyər hüceyrələrini yoluxdurmaq üçün necə hibrid əmələ gətirdiyini müşahidə edə biliblər.
AzVision.az xəbər verir ki, tədqiqatçıların işi Nature Microbiology jurnalında dərc olunub. Tədqiqatçılar qrip A virusunu və insan tənəffüs sinsitial virusunu (RSV) izləyiblər. Hər iki virus aşağı tənəffüs yollarına təsir edir və bəzi xəstəliklərin yaranmasına səbəb olurlar.

Alimlərin fikrincə, indi insanın iki patogenlə birgə yoluxması geniş yayılıb. Əvvəllər elm adamları daha güclü virusun daha zəif olanı öldürdüyünə inanırdılarsa, indi fərqli effekt tapıblar.

Tədqiqatçılar sadalanan virusların eyni hüceyrədə olduqları zaman necə davranacağını öyrənmək qərarına gəliblər. Bunun üçün komanda insan ağciyər hüceyrələrini hər iki virusla yoluxdurublar. Nəticədə viruslar birləşərək xurma formalı hibrid virusu əmələ gətiriblər. RSV (insan tənəffüs sinsitial virusu – Red) “xurma ağacı”nın gövdəsinə, qrip virusu isə “yarpaqlara” çevrilib.

“Daha əvvəl heç kim bu cür hibrid virusları təsvir etməyib. Tamamilə fərqli iki ailədən olan viruslar yeni növ patogen əmələ gətirib. Yeni virus qripə qarşı anticisimlərin olmasına baxmayaraq, immun sistemindən yan keçərək sağlam hüceyrələri yoluxdura bilib. Qrip virusu hibrid virus hissəciklərindən "Troya atı" kimi istifadə edib”.

AzVision.az



Teqlər:





Xəbər lenti